Новости
İnstitutun əməkdaşlarının "Thermodynamic Modeling of the Phase Diagram for Cu2SnS3-Cu2SnSe3 System" məqaləsi Impakt Faktorlu (CA) Advances in Intelligent Systems and Computing jurnalında dərc olunmuşdur
Мая 08, 2020 | 12:00 / Важные события
Прочитано 1703 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Cu2SnS3-Cu2SnSe3 sisteminin faza diaqramının termodinamik modelləşdirilməsi” adlı elmi məqaləsi İsveçrənin “Springer Nature Switzerland” nəşriyyatının “Advances in Intelligent Systems and Computing” (AISC ) jurnalında dərc olunub.

Məqalə qeyri-səlis məntiq nəzəriyyəsi əsasında perspektiv topoloji materialların termodinamiki stabillik şəraitinin müəyyən edilməsi, müasir elektrotexnika üçün perspektiv materialların sintezinin fiziki-kimyəvi əsaslarının işlənməsini əhatə edir. Bundan əlavə, məqalədə materialşünaslığın ən müasir problemləri tədqiq olunub.

Qeyd edək ki, sözügedən nəşr “Web of Science” kimi nüfuzlu bazada indeksləşir.

"Thermodynamic Modeling of the Phase Diagram for Cu2SnS3-Cu2SnSe3 System" A. N. Mammadov, I. Dz. Alverdiev, Z. S. Aliev, D. B. Tagiev, M. B. Babanly. Advances in Intelligent Systems and Computing. DOI https://doi.org/10.1007/978-3-030-35249-3_118