Новости
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Янв 16, 2020 | 11:26 / Важные события
Прочитано 1363 раз (-а)

Azərbaycan elminə ağır itki üz verib. Mineral sorbentlər sahəsində tanın­mış alim, kimya elmləri doktoru,  AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Mineral   sorbentlər” labo­ratoriya­sının müdiri Əli İbrahim oğlu Yaqubov 2020-ci il yanvarın 15-də ömrünün 69-cu ilində vəfat edib.

Əli  Yaqubov 1951-ci il noyabrın 8-də Ermənistan Respublikası, Spitak rayonu, Qursalı kəndində  anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1969-1974-cü illərdə Azərbaycan Dövlət Uni­ver­sitetinin (indiki BDU) kimya fakültəsində təhsil almış, 1976-1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki KQKİ) əyani aspiranturasına daxil olmuşdur. İnstitutda işlədiyi müd­dət ərzində o, labo­rantdan laboratoriya müdiri vəzifəsinə qədər yüksəl­mişdir.

Əli  Yaqubov 1986-cü ildə namizədlik, 2012-cü ildə isə doktorluq disser­ta­si­yalarını müdafiə etmiş, 1997-ci ildə böyük elmi işçi (dosent) adını almışdır.

O, bentonit gilləri əsasında səmərəli adsorbentlərin, bentonların, nano-gillərin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak-boya sənayesi üçün koaqulyantların alınmasına dair elmi-tədqiqat işinin aparılmasına rəhbərlik etmişdir.

Əli Yaqubov elmi fəaliyyətlə yanaşı pedaqoji sahədə də fəaliyyət göstər­mişdir. O,1990-2000-ci illərdə Dövlət Neft Akademiyasında, 1983-1989-cu illər və 2002-ci ildən hazırki dövrə qədər  Bakı Dövlət Universitetində müəllim vəzifəsində çalışmışdır.

Əli Yaqubov 206 əsərin (onlardan xaricdə 74-dü), 2 müəlliflik şəha­dət­naməsi və 1 patentin müəllifidir.

Tanınmış alım, pedaqoq,  və səmimi insan Əli İbrahim oğlu Yaqubovun xatirəsi onu tanıyanların qəlbində həmiyə yaşayacaqdır. 

Allah rəhmət eləsin!