Новости
Фото
Akademiyanın Ümumi yığıncağının qərarlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Дек 30, 2019 | 12:00 / Конференции, собрания
Прочитано 345 раз (-а)

30 dekabr tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dünya azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Elmi Şuranın iclası keçirilmişdir. İclası açıq elan edən AMEA-nın vitse-prezidenti , institutun direktoru akademik Dilqəm Tağıyev öncə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə institut kollektivini təbrik edib. Akademik bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib və respublikamızda eləcədə xarici ölkələrdə yaşayan milyonlarla soydaşımız tərəfindən hər il böyük təntənə ilə qeyd edilir. O, qeyd edib ki, yola saldığımız ildə də, ölkəmiz ulu öndərin siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə sürətlə inkişaf edib, Azərbaycan güclü ölkə kimi dünya miqyasında öz mövqeyini daha da, möhkəmləndirib.

Sonra akademik Dilqəm Tağıyev AMEA-nın 28 dekabr tarixli Ümumi yığıncağının qərarlarının icrası ilə bağlı məsələlər haqqında Şura üzvlərinə  məlumat verib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Ümumi yığıncaqdakı  nitqindən irəli gələn vəzifələrlə bağlı fikirlərini bölüşüb, eləcə də Ümumi yığıncaqda qəbul olunmuş “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında məlumatları  iştirakçıların diqqətinə çatdırıb.

Qeyd olunan məsələlər geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.