Обьявления
12 sentyabr 2023-cü il tarixində saat 11-də akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ED1.15 Dissertasiya Şurasının nəzdində olan 2316.01– “Kimyəvi kinetika və kataliz” və 2308.01 “Elektrokimya” ixtisasları üzrə Elmi Seminarın yığıncağı keçiriləcəkdir.
Сен 11, 2023 | 15:06
Прочитано 347 раз (-а)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanoelektrokimya və Elektrokataliz” laboratoriyasının elmi işçisi Qurbanova Ülviyyə Maqsud qızının “Suyun elektrolizi üçün Ni-Mo əsaslı aktiv elektrokatalitik sistemlərin sintezi” mövzusunda 2316.01-“Kimyəvi kinetika və kataliz” və 2308.01-“Elektrokimya” ixtisaslarında “Kimya” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.