Обьявления
AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda elmi konfrans keçiriləcək
Июл 14, 2023 | 12:11
Прочитано 367 раз (-а)

Rəyasət Heyətinin iclasında bu ilin sentyabr ayında Nobel mükafatına həsr olunmuş “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda elmi konfransın keçirilməsi qərara alınıb.

Diqqətə çatdırılıb ki, bu konfransı keçirməkdə əsas məqsəd ölkəmizdə elmi tədqiqatları Nobel mükafatının yüksək reytinqlərinə doğru istiqamətləndirməkdən, Azərbaycan alimlərinin beynəlxalq layihə, qrant və mükafatlara dair müsabiqələrdə daha fəal iştirakını təşviq etməkdən ibarətdir.