Обьявления
Doktoranturaya qəbul
Апр 04, 2023 | 13:03
Прочитано 518 раз (-а)

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaq və 16 may sənəd qəbulu üçün son tarixdir.