Новости
Фото
“Bakıda Macarıstan Günləri”
Мар 16, 2017 | 12:50 / Встречи
Прочитано 1544 раз (-а)

Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevanın dəstəyi və Macarıstan Respublikası Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin,Macarıstan Respublikasının Azərbaycandaki Səfirliyinin,Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin,Azərbaycan Milli Elmlər Akademiyasının və Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “Bakıda Macarıstan Günləri”çərçivəsində planlaşdırılan 10 tədbirdən biri Mərkəzi Elmi Kitabxananın iştirakı ilə bu gün baş tutdu.Tədbirdə Macar yazıçısı “İmre Madaçının “İnsanin faciəsi” əsərinin Azərbaycanca nəşrinin təqdimatı oldu.Təqdimatda  Respublikamızdaki Macarıstanın səfiri İmra Lastoskin çıxış etdi. O, Azərbaycanın vitse-prezidenti xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna dəstək üçün öz dərin təşəkkürünü bildirdi. Həmçinin xalqımızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Əsərin ön sözünün müəllifi akademik İsa Həbibbəyli çixişinda ölkələrimizin arasındakı münasibətlərin gələcək illərdə daha da inkişaf edəcəyinə ümüd etdiyini bildirdi. Hər iki ölkənin qədim və zəngin tarixə sahib oldugunu söylədi. “İnsanın Faciəsi” əsərindən parçalar dogma dilimizə tərcümə eden publisist Rasim Müzəffərli tərəfindən oxundu. Tədbirin sonunda Macar Bəstəkarı Ferens Listin əsərlərindən ibarət gözəl musiqi çələngi əməkdar artist Gülnaz İsmayılova tərəfindən iştirakçılara tövhə olundu.