Новости
ФотоВидео
“İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” öz işinə başladı
Апр 08, 2019 | 13:55 / Конференции, собрания
Прочитано 5072 раз (-а)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda  “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” keçirilmişdir. Seminarı AMEA-nın vitse–prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev açıb. Akademik hazırda iki ölkənin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu və Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin getdikcə yüksəldiyini bildirib. Qeyd edib ki, İtaliyanın Maire Technimont şirkəti Dövlət Neft Şirkəti ilə bir sıra layihələrin reallaşmasında, o cümlədən Sumqayıt etilen-propilen zavodunun və Neft Emalı zavodunun yenidən qurulmasında əməkdaşlıq edir. Son illərdə iki ölkə arasında elmi əlaqələrin də gücləndiyini, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini diqqətə çatdırıb və bu əməkdaşlıq çərçivəsində İnstitutla İtaliya Milli Tədqiqatlar Şurası arasında birgə tədqiqat işlərinin aparıldığını qeyd edib. 

Sonra akademik qeyd etdi ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun birgə təşkilatçılığı ilə  “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” öz işinə başlayır. Seminarda iki İtaliyalı alim və institutumuzun bir əməkdaşının məruzəsi dinləniləcəkdir. Ötən ildə də, İnstitut və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı belə bir tədbirin baş tutduğunu vurğulayan akademik qeyd edib ki, bu cür seminarların keçirilməsi kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmlidir.

Daha sonra İtaliya Milli Tədqiqatlar Şurası, Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun direktor əvəzi, prof. Dr. Luigi Ambrosionun “Gələcək sağlamlıq üçün mütərəqqi biomateriallar və texnologiyalar”, həmin institutun elmi tədqiqatçısı Dr. Maria Grazia Rauccinin “Sümük regenerasiyası və bərpası üçün iynələnə bilən terapevtik materiallar” və AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunun aparıcı elmi işçisi Şamo Tapdıqovun “Xitozan-tibbdə bioaktiv molekulların mükəmməl daşıyıcısı kimi” məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı.  Seminarda AMEA Polimer Materialları, Neft –Kimya Prosesləri, Fizika və Biofizika instututlarının alim və mütəxəssisləri də, iştirak ediblər. Qeyd edək ki ,seminar sabah öz işini davam etdirəcək.