Новости
Фото
5 mart 2019-cu il tarixində AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir
Мар 05, 2019 | 13:57 / Конференции, собрания
Прочитано 5266 раз (-а)

İclası giriş sözü ilə açan İnstitutun direktoru akademik Dilqəm Tağıyev ilk olaraq rəhbərlik və İnstitutun kişi əməkdaşlarının adından qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə qadın əməkdaşları, Novruz bayramı ilə bütün əməkdaşları təbrik etdi, sonra gündəlikdə duran məsələlərin müzakirəsinə keçdi: 2019-cu il üçün elmi-işçi proqramlar müzakirə və təsdiq edildi. Gündəlikdə duran ikinci məsələ 2019-cu ildə (2018-ci il qəbul planına əsasən) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş doktorantlar, onların tədqiqat mövzularının və elmi rəhbərlərinin təsdiq edilməsi oldu: Oruclu Elnur- e/r. AMEA müxbir üzvü M.Babanlı, Əliyeva Vüsalə -e/r. prof. A.Heydərov, İsmayılova Sənəm – e/r. prof. İmir Əliyev, Nəbizadə Arzu – e/r. AMEA müxbir üzvü E.Zeynalov, məsləhətçi AMEA həqiqi üzvü T.Nağıyev, Əliyeva Şəfiqə - e/r. prof. F.Sadıqov. Sonda iclasın sədri Dilqəm Tağıyev cari məsələlərə keçdi, AAK tərəfindən göndərilən məktubla, İnstituta daxil olan sənədlərlə auditoriyanı tanış etdi, 11-17 mart AMEA Elm həftəsinin keçiriləcəyi barədə iclas iştirakçılarına məlumat verdi, nizam-intizam probleminə toxundu.