Новости
A.N.Məmmədov, Z.S.Aliev və M.B.Babanlının məqaləsi SPRİNGER nəşriyyatının “13th International Conference on Theory and Applications of Fuzzy Systems and Soft Computing ICAFS 2018” 27-28 August 2018, Warsaw, Poland” konfrans materiallında həsr olunmuş kitabında dərc olunmuşdur.
Янв 09, 2019 | 09:47 / Важные события
Прочитано 4221 раз (-а)

Bu məqalə institut əməkdaşlarının LÜTFİ ZADƏNİN qeyri-səlis məntiq nəzəriyyəsinə həsr olunmuş ilk elmi əsəridir.

Məqalədə qeyri-səlis sistemlərin çoxhədəfli genetik alqoritmi vasitəsilə faza tarazlıqlarının termodinamiki hesablanması üçün yeni tənliklər sistemi alınmış və likvidus və solidus sahələri, bərk məhlulların binodal və spinodal sərhədlərinin ilkin termodinamiki parametrlərə (ərimə entalpiya və entropiyası, komponentlərin termodinamiki aktivliyi) nəzərən həssaslığı qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, faza diaqramlarının koordinatlarının entropiyanın (∆S) qiymətlərinə nəzərən həssaslığı entalpiyanın (∆H) qiymətlərinə nisbətən bir tərtib çoxdur.

A.N.Mammadov, Z.S.Aliev, M.B.Babanly “Study of the Uncertainty Heterogeneous Phase Equilibria Areas in the Binary YbTe-SnTe Alloy System” Springer Nature Switzerland AG 2019. R.A.Aliev et.al. (Eds):ICAFS-2018, AISC 896 part 1, 2019, pp.815-822. http://doi.org/10.1007/978-3-030-04164-9