Новости
Фото
Ümummilli lider Heydər Əliyevin xatirəsi qeyd edilib
Дек 12, 2018 | 15:00 / Конференции, собрания
Прочитано 6386 раз (-а)

AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbir Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Ümummilli liderin xalqımızın yaddaşında xilaskar dövlət xadimi kimi qaldığından, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana sadiqliyi, millətinə xidmətləri ilə əbədi yaşardır. O bildirdi ki, Heydər Əliyev elmə və elm adamlarına daim qayğı göstərmiş, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini daim əməli ilə sübut etmişdir. Böyük şəxsiyyətin ən böyük amal və məqsədi Azərbaycanın dövlət müstəqilliyinin daimi olması idi. Akademik Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyini diqqətə çatdırdı.

Sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycanın tərəqqisi naminə tükənməz fəaliyyətindən danışıblar.