Новости
Фото
İnstitutda Qadınlar Şurasının iclası keçirilib
Ноя 19, 2018 | 16:16 / Конференции, собрания
Прочитано 5961 раз (-а)

19 noyabr 2018-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  Qadınlar Şurası  BMT –nin Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü" elan edilməsi ilə əlaqədar  iclas keçirdi. İclasda Qadınlar Şurasının(QŞ) büro üzvləri və qadın əməkdaşlar iştirak etdilər. İclası Qadınlar Şurasının sədri k.ü.f.d. Esmira Quluzadə açaraq “Qadın Zorakılığına qarşı mübarizə” məsələsi bu gün də çox vacib və aktual məsələ oldugunu qeyd edərək, institutda bu problemə dair nəzərdə tutulan işlərin planı haqqında  danışdı. Sonra yeni yaranan MEA Qadınlar Şurasının İdarə Heyətinə İnstitutun Qadınlar Şurası adından hazırlanan bir sıra təklifləri iştirakçıların nəzərinə çatdırdı və onlara bu təkliflər haqqında öz fikirlərini söyləməklərini xahiş etdi. Təkliflər səsə qoyulduqdan sonra yekdilliklə qəbul olundu. QŞ –nın sədri göstərilən təkliflərin 21 noyabr tarixində MEA Qadınlar Şurasının  iclasında  Şuranın sədrinə təqdim olunacağını bildirdi. Təkliflərdən ən maraq doğuranı Akademiya şəhərciyində uşaq bağçasının yaradılması və AMEA əməkdaşlarının "Tibbi Sığortası Haqqında" qaldırılan təklif idi. Bundan başqa “Qadın Zorakılığına qarşı mübarizə “Qadın və Elm” problemi, qadınların qarşısına çıxan çətinliklər, ailə münaqişələrinin yaranma səbəbləri və s. məsələlər haqqında müzakirələr də oldu.