Новости
Фото
Hesabatların dinlənilməsi davam edir
Ноя 07, 2018 | 15:00 / Конференции, собрания
Прочитано 5988 раз (-а)

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyaları üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün “Oksidləşdirici heterogen kataliz” şöbəsinə daxil olan “Seolit katalizi”, “Ekoloji kataliz“, “Katalizatorların hazırlanması” laboratoriyalarının  və “Nano- və elektrokataliz” şöbəsinə daxil olan “Nanokompozit  katalizatorlar”,  “Nanostrukturlaşdırılmış  metal-polimer  katalizatorları”, “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar”, “Nanoelektrokimya və elektrokataliz”, “Renium  ərintilərinin elektrokimyası  və  elektrokatalizi” laboratoriyalarının  hesabatları dinləniləcək. Daha sonra qeyd olunan  şöbələr üzrə laboratoriyaların 2018- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan elmi məqalələr haqqında laboratoriya rəhbərlərinin məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və görüləcək işlər haqqında tövsiyələrini verərək bildirdi ki, innovativ xarakterli elmi-tədqiqat işlərinə üstünlıük verilməlidir. Sonda hesabatların qəbul olunması haqqında qərar verildi.