Новости
Фото
AMEA-nın Qadınlar Şurasının iclası keçirilib
Окт 04, 2018 | 15:00 / Конференции, собрания
Прочитано 6123 раз (-а)

3 oktyabr 2018-ci ildə keçirilən iclası Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə açaraq iştirakçılara gündəlikdə duran məsələlər barədə məlumat verib. O, AMEA-nın elmi müəssisə və təşkilatlarında Qadınlar Şurasının yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirərək, BMT-nin qərarı ilə oktyabr ayının 11-nin dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd ediləcəyini söylədi.

Sonra O, 2019-cu ilin fevral ayında “Qadın və elm” mövzusunda beynəlxalq konfransın keçiriləcəyi barədə məlumat verdi.

Professor Rəna xanım, AMEA-nın alim qadınlarının ensiklopediyasının hazırlanması, Şuranın veb-saytının yaradılması haqqında da danışdı.

Tədbirdə Sumqayıt Dövlət Universitetinin dosenti T.Qasımovanın “Qadın və elm”, Zoologiya İnstitutunun baş elmi işçisi S.Topçubaşovanın “Qadın, elm və ailə” mövzusunda məruzələri dinlənildi.

İclasda AMEA-nın bütün institutlarının Qadınlar Şurasının sədr və ya müavinləri, o cümlədən AMEA Qadınlar Şurasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri S.Zülfüqarova iştirak edirdilər. İştirakçılardan bir neçəsi təkliflərlə çıxış etdilər. Sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Qadınlar Şurasının sədri Esmira Qulu-zadə qadınları narahat edən bəzi problemlərdən danışaraq, onların həll yollarının mümkün olduğunu söylədi. Sonra O, bir sıra təkliflər irəli sürdü. Daha sonra, Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının sədri A.Xəlilova və başqalarının irəli sürdükləri təkliflər dinlənildi. Sonda, Qadınlar Şurasının sədri irəli sürülən təkliflərin gələcəkdə nəzərə alınacağını söylədi.

Daha sonra prioritet istiqamətlər üzrə suallar cavablandırıldı.