Новости
ФотоВидео
Beynəlxalq Konfrans və Regional Seminar
Июн 06, 2018 | 10:28 / Конференции, собрания
Прочитано 1413 раз (-а)

5 iyun 2018-ci ildə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən  Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının (EAPO)  birgə əməkdaşlığı ilə təşkil olunmuş “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda Beynəlxalq Konfrans və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər ?” mövzusunda Regional Seminar keçirilmişdir.

Konfransda ÜƏMT Baş direktoru Dr. Frensis Qarri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kəmran İmanov AMEA-nın prezidenti akademik Akif Əlizadə, Təhsil naziri  Ceyhun Bayramov, EAPO-nun prezidenti xanım Saule Tlevlessova, Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru xanım Günel Sevdimaliyeva, ÜƏMT-nın baş iqdisadçısı Karsten Fink və başqaları məruzələrlə çıxış etdilər. İclasda Kataliz və Qeyri-üzvi Kimya institutunun Elmi-informasiya və Patent tədqiqatları şöbəsinin müdiri Esmira Qulu-zadə və şöbənin patent üzrə məsul şəxsi Təranə Hüseynova iştirak ediblər.