Новости
Con Çarlz Polani
Мар 27, 2018 | 10:41 / Интересная информация
Прочитано 4512 раз (-а)

Kanada kimyaçısı Con Çarlz Polani 1929-cu ilin yanvarın 23-də Berlində (Almaniya) anadan olmuşdur. 1949-cu ildə Mançester Universitetini bitirmişdir. 1952-ci  ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, məşhur kimyaçı Maykl Polaninin oğludur. 1933-cü ildə ailəsi Almaniyadan İngiltərəyə, Mançesterə köçmüşdür.

1952-1954-cü illərdə Ottavada Kanada Dövlət elmi-tədqiqat şurasında  işləmişdir. Eyni zamanda Herxard Xerşberqin (1971-ci ildə Nobel mükafatına layiq görülmüşdür) laboratoriyasında işləmiş, burada yod molekulunda titrəyişli və fırlanma həyəcanlanmasını yoxlamaq üçün spektroskopik qurğu yığmışdır. 1954-1956-cı illərdə Prinston Universitetində təcrübə keçmişdir. 1956-cı ildə Toronto Universitetində müəllimliyə başlamış, 1962-ci ildə professor seçilmişdir.

Əsas elmi işləri kimyəvi kinetikaya aiddir. 1960-1970-ci illərdə elementar kimyəvi proseslərin dinamikası sahəsində yeni istiqaməti inkişaf etdirmişdir.

Qeyd edək ki, elementar kimyəvi proseslərin dinamikası sahəsində işlərin əsasını onun atası XX əsrin 30-cu illərində və D.R. Herşbax 60-cı illərdə qoymuşdu.

Con Polani reaksiya məhsullarının  energetik vəziyyətlərini ayrı-ayrı molekul ların olduqca zəif infraqırmızı şüalanması hesabına müəyyən etmək üsulunu işləyib hazırlamışdır. Aktivasiya səddini keçərkən reagentlərin energetik ehtiyatlarının müxtəlif rolunu müəyyən etmişdir.

Polani 1986-cı ildə “Kimyəvi elementar proseslərin dinamikası üzrə işlərinə görə” Nobel mükafatına layiq görülmüşdür.