Новости
Xlor
Мар 15, 2018 | 10:35 / Интересная информация
Прочитано 5096 раз (-а)

Bu gün xlor adlanan maddə 1774-cü ildə alman-isveç kimyaçısı Karl Vilhelm Şeele tərəfindən aşkar olunmuşdur və kimyəvi element kimi 1810-cu ildə müəyyən edilmişdir.

Dəniz suyunda çox olduğuna görə xlor təbiətdə geniş yayılmışdır. Xlor duz məhlulunun elektrolizi ilə alınır. Dezinfeksiyaedici və antiseptik xassələri ağartma işlərində, həmçinin içməli suyu və su hovuzlarının suyunu dezinfeksiya etmək üçün istifadə olunur.

Bitkilərin orqanizmində kütləcə təxminən 0,1% xlor olur.

Heyvan orqanizmində xlor təxminən 0,08-dən 0,2%-ə (kütlə ilə) qədər olur.

İnsanın əzələ toxumasında 0,2-0,52%, sümük toxumasında 0,09%, qanda 2,89 q/l xlor var. Yaşlı adamın orqanizmində 95 qr xlor olur. Hər gün insan qida ilə 3-6 qr xlor qəbul edir. O, orqanizmə natrium xlorid şəklində daxil olur. O, maddələr mübadiləsini, tüklərin inkişafını stimullaşdırır, gümrahlıq və güc verir. Xlor orqanizmin toxumalarında fiziki-kimyəvi prosesləri müəyyənləşdirir.  O, toxumalarda turşu-qələvi tarazlığını tənzimləmədə iştirak edir (osmo təmizləmə). Limfaların və bədənin digər mayelərinin əsas osmotik aktiv maddəsidir.

Xörək duzu insanlara çox-çox qədimdən məlumdur. Xlorid turşusu və onun nitrat turşusu ilə qarışığı əlkimyaçılara məlum idi.

İnsan bədənində xlor atomlarının sayı 1,8·1024 və ya hər bir insan hüceyrəsində 1,8·1010 ədəddir.