Новости
Rixard Ernst
Фев 20, 2018 | 09:56 / Интересная информация
Прочитано 4238 раз (-а)

Rixard Ernst 1933-cü ildə İsveçrədə, Vinterturda anadan olmuşdur. Sürixdə İsveçrə Federal ali texniki məktəbində  (FATM) oxumuşdur. “Diplomlu mühəndis-kimyaçı” attestatı aldıqdan sonra 1957-1962-ci illərdə həmin məktəbdə doktorluq dissertasiyası üzərində işləmişdir. Bundan sonra “Verian Assouşeyts” şirkətində işləmişdir. 1968-ci ildə o, FATM-ə qayıtmış və fiziki kimya laboratoriyasında NMR tədqiqat qrupunun rəhbəri olmuşdur. Bir müddət FATM-in tədqiqat şurasının sədri olmuşdur. Əsas tədqiqat işi Nüvə Maqnit Rezonans spektroskopiyasına və onun kimyada və tibdə tətbiqinə əsaslanıb. Təqaüd yaşı yaxınlaşdıqca tibet məharəti ilə daha çox maraqlanır. 

Rixard Ernst 1991-ci ildə Nobel mükafatına layiq görülmüşdür.