Новости
Kofeinsizləşdirmə nədir və necə aparılır?
Янв 22, 2018 | 11:30 / Интересная информация
Прочитано 4192 раз (-а)

Tərkibindəki kofeinin 97%-i çıxarılmış kofe kofeinsizləşdirilmiş kofesayılır. Kofedən kofeinin çıxarılmasının sənayə üsullarından biri "birbaşa təmas" üsuludur. Bu metodda qovrulmamış kofe dənələri əvvəlcə qaynar buxar ilə yumuşaldılır sonra kofeinsizləşdirici agentin təsirinə məruz qoyulur. Belə agentlərdən biri digər adı metilen xlorid olan dixlormetandır (CH2Cl2). Həmin dənələr dixlormetan daxilinə salındıqda dixlormetan dənələrin tərkibindəki kofeini özündə həll edərək kənarlaşdırır.              

Sübut edilmişdir ki, dixlormetan konserogendir. Bu səbəbdən kofeinsizləşmiş kofedə onun yol verilən miqdarı 0,1 ppm qəbul edilib. Ümumiyyətlə isə dixloretanın daxilə qəbulu yol verilən maksimum miqdarı 10 ppm olub bundan 100 dəfə böyükdür. Miqdar az olsa da mütəmadi qəbul zamanı sağlamlıq üçün təhlükə yarada biləcəyini unutmamaq lazımdır. Bu səbəbdən alimlər bu iş üçün yeni agentlərin axtarışını davam etdirir.

Cari metodun ən yaxşı alternativi karbon-dioksidlə kofeinsizləşdirməkdir. Bu metodda yumuşaldılmış kofe dənələri temperatur və yüksək təzyiq altında olan karbon-dioksid daxilinə salınır. Dənələrin daxilinə nüfuz edən karbon-dioksid maye halda olduğu üçün kofeini özündə həll edə bilir. Prosesin sonunda karbon-dioksid dənələrdəki kofeinin 97%-ni çıxarmış olur. Qızdırıldıqda qaz halına keçdiyi üçün özü də kofe daxilində qala bilmir. Bu metodla alınan kofeinsizləşdirilmiş kofedən istifadə edərkən onun tərkibində ola biləcək dixlormetana görə narahat olmaq lazım gəlmir.