Новости
Фото
“Akademik Murtuza Nağıyev” mükafatının təqdimatı olmuşdur
Дек 18, 2017 | 14:27 / Конференции, собрания
Прочитано 7822 раз (-а)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın gənc alim və mütəxəssislərin iştirakı ilə genişləndirilmiş iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse- prezidenti, İnstitutun direktoru akademik  Dilqəm Tağıyev dövlətimizin gənclər siyasətindən və onun tərkib hissəsi kimi  AMEA- da, eləcə də institutda gənclərə göstərilən diqqət və qayğıdan danışdı, belə mükafatın gənclərdə stimul yaratdığını vurğuladı və 2017-ci ildə institut gənclərinin qazandığı nailiyyətləri qeyd etdi. O bildirdi ki, bu il gənclərimizdən bir nəfər – elmi işçi Natəvan Sultanova AMEA RH –nin fəxri fərmanına layiq görülmüş, elmi işçi Nigar Ziya qızı İbrahimova isə AMEA-da keçirilən “Magistr-2017” müsabiqəsinin qalibi olmuşdur. Akademik laboratoriya müdirlərinə səslənərək bildirdi ki, çalışmaq lazımdır ki, doktorant və dissertantlar vaxtında müdafiə etsinlər.

Sonra akademik bildirdi ki, "Akademik Murtuza Nağıyev" mükafatı  2013-cü ildən hər il elmdə nailiyyəti olan gənclərə verilir. Mükafatın təqdimatı ilə bağlı komissiyanın yaradıldığını bildirən akademik Dilqəm Tağıyev institut gənclərindən  3 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd etdi. Komissiyanın daxil olan sənədləri mükafatın əsasnaməsinə uyğun araşdıraraq irəli sürülmüş namizədlərdən 1-nin fəaliyyətinin yüksək  qiymətləndirildiyini bildirdi.    

Sonra akademik Dilqəm Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc mütəxəssisinin adını açıqladı. Tədbirdə müsabiqənin qalibi elmi işçi  Fidan Samir qızı İbrahimovaya elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu təqdim olundu. Digər iki gənc - Əhmədov Vüsal Musa oğlu və İsmayılova Səbinə Zahid qızı həvəsləndirici mükafata layiq görüldülər.

Sonda akademik D.Tağıyev gəncləri elmi və ictimai fəaliyyətdə aktiv olmağa səslədi və onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.