Новости
İnstitutun aparıcı elmi işçisi Şamo Tapdıqov Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində maraqlı təqdimatla çıxış etmişdir.
Июл 13, 2016 | 10:26 / Важные события
Прочитано 5209 раз (-а)

Tayvan Respublikasında uzunmüddətli elmi ezamiyyətdə olan institutun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində maraqlı təqdimatla çıxış etmişdir. O, çıxışına vətənimiz Azərbaycan, dövlətçiliyimizin tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın turizm imkanları və yerləri, həmçinin milli bayramlarımız və mətbəximiz haqqında məlumat ilə başlamışdır. Məruzəçi Qız Qalası, Naxçıvan Duz Fizioterapiya Mərkəzi, müalicəvi Naftalan nefti, Lahıc, Göy-göl, Alov Qüllələri, Tufandağ yay-qış idman kompleksləri barədə görüntü və video çarx nümayiş etdirmişdir.Daha sonra Şamo Tapdıqov  AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun yaranma tarixi, əsas elmi istiqamətləri, institutun tərkibindəki şöbələr, son illərdəki elmi nailiyyətləri haqqında məlumatlarla çıxışına davam etmiş və bildirmişdir ki, institut 80 illik yubileyinə hazırlaşır.O, İnstitutun dünyaca məşhur elm adamları haqqında, hazırda çalışan alimlərin son illərdəki yüksək impakt faktorlu jurnallarda çap olunmuş elmi əsərləri barədə təqdimat etmişdir.90 dəqiqəlik çıxışında gənc alim çalışdığı şöbə və həmin şöbənin 9 saylı “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasında aparılan elmi-tədqiqat işləri haqqında məlumat vermiş və Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentinin professoru İ.Minq Çu ilə gələcəkdə magistr və aspirantların Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində elmi-tədqiqat işlərini aparmaq imkanları barədə müzakirələrin aparıldığını da qeyd etmişdir.Təqdimat auditoriya tərəfindən maraqla qarşılanmış və məruzəçiyə müxtəlif səpgidə suallar verilmişdir.