Новости
Yaroslav Qeyrovski
Ноя 27, 2017 | 10:00 / Интересная информация
Прочитано 4626 раз (-а)

Çex kimyaçısı Yaroslav Qeyrovski 1890-cı ilin dekabrın 29-da Praqada anadan olmuşdur. 1909-cı ildə Praqa universitetində, 1910-1913-cü illərdə London Universitet Kollecində oxumuşdur. 1922-ci ildən Praqa Universitetinin professoru olmuşdur (1926-cı ildə Sorbonda işləmişdir) 1950-1967-ci illərdə Praqada Dövlət Polyaroqrafika İnstitutunda direktor işləmişdir. O, polyaroqrafik tədqiqat üsulunun yaradıcısıdır və bu üsulun təkmilləşməsinə bütün elmi yaradıcılığını həsr etmişdir.

1922-ci ildə civə-damcı elektrodu üzərində elektrolizi öyrənərək maddələrin reduksiya və oksidləşmə potensialları ilə onların təbiəti arasındakı asılılığı müəyyən etmişdir. Həmçinin, diffuziya cərəyanı ilə elektrolitdəki maddələrin qatılıqları arasındakı asılılığı da müəyyən etmişdir. Bu kəşf poliqrafiya üsullarının işlənib hazırlanması üçün əsas oldu. Civə - damcı elektroduna tətbiq edilən polyaroqrafik tədqiqatlar üsulunu 1925-ci ildə inkişaf etdirmişdir. 1925-ci ildə yapon alimi M. Şikato ilə birlikdə analitik laboratoriya üçün ilk avtomatik cihaz yaratmışdır. 1935-ci ildə  D. İlkoviç ilə birlikdə polyaroqrafik cərəyanın potensialdan və diffuziya əmsalından asılılıq tənliyini təklif etmişdir. Onun işləri əsasında 1950-1960-cı illərdə bütün elementlərin, o cümlədən lantonoidlərin və aktinoidlərin təyininin polyaroqrafik üsulları yaradılmasıdır. O, osillopolyaroqrafiyanın əsasını qoymuşdur.

1959-cu ildə “Polyaroqrafik analiz üsulunun kəşfi və tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

O, 1967-ci ilin martın 27-də vəfat etmişdir.