Новости
Фриц Прегль
Ноя 03, 2017 | 11:10 / Интересная информация
Прочитано 4524 раз (-а)

Frits Preql 1869-cu ildə sentyabrın 3-də Avstriya-Macarıstanın Laybax şəhərində (indi Sloveniyanın Lyublyana şəhəri) anadan olmuşdur.

O, Qrats Universitetinə daxil olur və təbabəti öyrənməklə məşğul olur. 1893-cü ildə tibb diplomu alaraq Preql Universitet laboratoriyasında qalaraq işləyir və getdikcə kimyaya marağı artır. Onu öd turşuları və insan sidiyindəki azotlu birləşmələr xüsusilə maraqlandırırdı. 1899-cu ildə ona Qrats Universitetində fiziologiya kafedrasında doktor vəzifəsi təklif olunur.

Öd turşularını və proteinlər kimyasını öyrənərək  Preql analiz alanan maddələrin olduqca az olması səbəbindən analizin aparılması zamanı çətinliklərlə qarşılaşır. Onun zamanında əlverişli şəraitdə analiz aparmaq üçün kifayət qədər böyük miqdarda tədbiq olunan maddə tələb olunurdu ki, bu da Preqlinin təcrübələrini icraolunmaz edirdi. Kimyəvi analiz üsullarını təkmilləşdirmək lazım idi. Onun qarşısında duran ilk məsələlərdən biri ondan ibarət idi ki, adi kimyada istifadə olunandan daha həssas tərəzi yaratsın. Tərəziləri təkmilləşdirərək Pereqli onların dəqiqliyini on dəfələrlə artırdı. O, başlıca olaraq karbon, hidrogen, oksigendən və çox vaxt azot, fosfor, kükürd və digər elementlərdən ibarət üzvi maddələrin molekullarının öyrənilməsi ilə məşğul olur.

Bu birləşmələrin analizi onlara daxil olan elementlərin proporsional tərkibinin təyinini tələb edir. Bu çətinliyi aradan qaldırmaq üçün Preql xüsusi filtr kəşf etdi ki, karbon qazı və sudan başqa nə varsa tuta bilirdi. Öz tədqiqatlarını davam etdirərək o, mikroanaliz üsulları işləyib hazırladı ki, bu da üzvi birləşmələrdə hallogenləri, karbiksil qruplarını təyin etməyə imkan verdi, həmçinin şüşə üfürənin köməyi ilə olduqca kiçik ölçülü yeni aparat hazırladı. Alim həmçinin kimyəvi analiz müddətini bir saata qədər qısaldaraq onu üç dəfədən çox azaldır. Onun təklif etdiyi üsullar olduqca az mürəkkəb və hiss olunacaq dərəcədə daha dəqiq olub mürəkkəb biotibbi birləşmələrin analizi üçün xüsusilə əhəmiyyətli idi.

1923-cü ildə Preqli “üzvi maddələrin mikroanalizi üsullunu ixtira etdiyinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Onun laboratoriyası üzvi mikroanalizin dünya şöhrətli mərkəzinə çevrilmişdi. Preqli heç vaxt ailə qurmamışdı.  Ölümündən əvvəl o, böyük miqdarda pul vəsaitini mikrokimya sahəsində nailiyyətlərə görə mükafat müəyyən etmək üçün Vyanada Elmlər Akademiyasına köçürür.

Preqli 1930-cu ilin dekabrın 13-də Avstriyanın Qrats şəhərində 61 yaşında vəfat edir.