Новости
Полиэтилен
Окт 27, 2017 | 11:00 / Интересная информация
Прочитано 4845 раз (-а)

Polietilen təsadüfən kəşf edilmiş, II Dünya Müharibəsində istifadə olunan strateji əhəmiyyətli polimer materialdır. Gündəlik həyatımızda ən çox rastlaşdığımız plastik kütlə məhz polietilendir. Hər il dünyada 82 milyon ton polietilen istehsal olunur ki, bu da hər adama 11 kq deməkdir. İstehsal metodu dəyişdirilməklə müxtəlif məqsədlər üçün müxtəlif xüsusiyyətlərə malik polietilenlər istehsal oluna bilir. Ultrayüksək molekul kütləsinə malik polietilenlərdən diz protezləri və müxtəlif maşın hissələri hazırlanır. Sıxlığı az olan polietilendən isə su şlanqları, donmuş qida paketləri istehsal edilir. Bunlardan başqa fərqli xüsusiyyətlərə malik 7 polietilen növü daha məlumdur.

Polietilen 1898-ci ildə Alman kimyaçısı H. von Peçman tərəfindən kəşf olunmuşdur. O diazometan adlı maddəni qızdırarakən şüşə qabın içində ağ rəngli saqqız kimi bir maddə əmələ gəldi. Nümunə analiz olunduqda məlum oldu ki, o ancaq karbon və hidrogendən ibarətdir. 1933-cü ildə İngiltərədə E. Fauset və R. Gibson etilen və benzaldehid adlı maddələrinin qarışığına təzyiq tətbiq etməklə, yenə də təsadüfən karbon atomlarının zəncir kimi bir-biri ilə bağlandığı polietileni əldə etdi. Polietilen yüzlərlə, minlərlə etilen molekullarının katalizator iştrakı ilə bir-birinə bağlanması ilə əmələ gəlir. Polietilenin sənaye miqyasında istehsalı 1939-cu ildə İngiltərədə başlamışdır. Proses yüksək tepmeraturda və təzyiq altında aparıldığı üçün iqtisadi cəhətdən əlverşli deyildi. 1951-ci ildə A.B.Ş-nın "Phillips Petroleum" şirkətinin kimyaçıları R. Banks və J.P.Hogan xrom oksid katalizatoru tətbiq etməklə aşağı temperaturda və təzyiqdə polietilen almağa müvəffəq oldular. Bu işlərinə görə hər iki alim Perkin medalına layiq görüldülər. 1953-cü ildə Alman kimyaçısı K.V.Signer özünün titan duzları əsasında hazırladığı katalizatoru və İtalyan alimi G. Nattanın təkmilləşdirdiyi katalizatoru tətbiq edərərək istənilən xüsusiyyətlərə sahib polietilen istehsal etməyin üsulunu tapdı. Hər iki alim Tsiqner-Natta katalizatorunun kəşfinə görə 1963-cü ildə Nobel mükafatına layiq görüldülər. 1980-ci illərdən kimyaçıların təkmilləşdirdiyi katalizatorlar hazırda istehsal olunan polietilenin xüsusiyyətlərini mükəmməl hala gətirib.