Новости
Знаете ли Вы?
Сен 28, 2017 | 09:43 / Интересная информация
Прочитано 4434 раз (-а)

Yens Yakob Bertselius (1779-1848) elektrokimya elminin görkəmli alimlərindən biri, Hamfri Devinin müasiri və həmçinin rəqibi olmuşdur. Devidən fərqli olaraq, Bertselius daha sistemli işləmiş, yüzlərlə təcrübədən sonra ümumiləşmiş nəticələr çıxarmışdır. Bertselius  İsveçdə ziyalı ailəsində anadan olsa da, əvvəlcə atasının, sonra isə anasının ölümü onun uşaqlığının çox ağır keçməsinə səbəb olmuşdur. Uppsala Universitetində tibb təhsili alan zaman o, Alessandro Voltanın “elektrik pili” barəsində oxumuş və özü də birini hazırlamışdır. Tibbi dərəcə almaq üçün elmi iş kimi Bertselius “müxtəlif xəstələrə elektrik şokunun təsiri” mövzusunu götürür. Baxmayaraq ki, o xəstələr üzərində irəliləyiş əldə etmir, lakin elektrokimya marağı da səngimək bilmir. 1807-ci ildə o, Stokholm Tibb Universitetində, daha sonra isə Karolinsska İnstitutunda professor olur. Bir il sonra Bertselius Elmlər üzrə İsveçKral Akademiyasında karyerasını davam etdirir. İsveçdə tibb tələbələri üçün dərslik hazırlayan Bertselius bir çox eksperimentlərə başlayır və onu məşhur edən kimyəvi qanunu kəşf edir; qeyri-üzvi maddələrdəki elementlər bir-birləri ilə kütləyə görə müəyyən nisbətdə birləşirlər. Onun birləşmələri olan marağı və tədqiqatları yeni elementlərin kəşfinə gətirib çıxarır – Serium, Selen vəTorium. Onun laboratoriyada işləyən tələbələri Litium, Vanadium və bir çox nadir elementləri kəşf edirlər. O, təcrübələri sayəsində həmin dövrdə elmə məlum olan demək olar ki, bütün elementlərin atom kütləsini hesablamışdır. Bertselius həmçinin Hidrogen, Oksigen, Karbon, Kalsium, Xlorkimi elementlərin məntiqi və sadə simvollaşdırılmasını həyata keçirmişdir. Bertselius həmçinin özünün bu sistemləşdirmə qabiliyyətindən mineralogiyada da istifadə etmiş və mineralları kimyəvi birləşmələrinə görə sistemləşdirmişdir.

Bertseliusun karyerasının zirvəsi"dualizm" nəzəriyyəsi idi. Bu nəzəriyyəonun və Devinin elektrokimyəviaxtarışlarından formalaşmışdır. Belə ki, birləşmələr elektrik cərəyanı keçən zaman yüklü hissəciklərə ayrılırlar və onlar da cərəyanın qütblərində toplana bilirlər. Bu səbəbdən idi ki, o belə hesab edir ki,hər bir atom müəyyən yükə malikdir və kimyəvi rabitə bu yüklərin bir-birini neytrallaşdırması ilə yaranır.Bu fikir üzvi kimyadan başqa digər sahələrə tətbiq olundu. Bertselius dahi, sistemli kimyaçı olmuşdur. 1818-1848-ci illər arasında İsveç Kral ElmlərAkademiyasının daimi üzvü olan Bertselius dünya dillərinə tərcümə olunan bir çox dərsliklər yazmış, 1822-ci ildən başlayaraq hər il kimyada yeniliklər adı altında yazdığı məqalələr Avropada məşhur olmuşdur.