Новости
Фото
İllik hesabatların verilməsi vaxtı məlum oldu
Сен 15, 2017 | 12:57 / Конференции, собрания
Прочитано 8514 раз (-а)

Bu gün AMEA Kataliz və Qeyti-üzvi Kimya  İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, bu günlər ölkəmizin həyatında çox əlamətdar və tarixi bir günlərdir. Beləki, dünən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin ("Əsrin müqaviləsi") 2050-ci ilə qədər uzadılması haqqında qərar verilmişdir. Akademik kontraktın əhəmiyyətindən və prezident İlham Əliyevin apardığı uzaqgörən və qətiyyətli siyasətindən danışdı.

Sonra akademik Dilqəm Tağıyev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə Bakıda Kimya elmləri və texnologiyaları üzrə keçırılən  III Beynəlxalq Türk Dünyası konfransının təşkilat komitəsi tərəfindən diploma layiq görülmüş institutun tanınmış alimləri akademik Əjdər Məcidova və akademik Tofiq Nağıyevə  həmin diplomları təqdim etdi.

Daha sonra Akademik Dilqəm Tağyev bildirdi ki,  bu il institutun magistraturasına  7 nəfər qəbul olunmuşdur və onların hamısı  yüksək bal toplamış gənclərdir. Qəbul olunan magistrlərin fərdi iş planları və elmi rəhbərləri təsdiq olundu.

Sonra akademik bildirdi ki , şöbə və laboratoriyaların illik hesabatına hazırlaşmaq lazımdır və hesabatların müzakirəsi  cari ilin oktyabr  ayının 16- dan başlanacaq. Akademik qeyd etdi ki, bu il 3-illik hesabatlar  da (2015-2017) hazırlanmalı və elmi katibə təqdim olunmalıdır.  İlin sonunda, elmi fəaliyyətləri ilə fərqlənən, ən yaxşı hesabatı olan  laboratoriya rəhbəri mükafatlandırılacaq.

Daha sonra akademik Dilqəm Tagiyev institutda keçiriləcək AMEA-nın müxbir üzvü, görkəmli alim Xudu Məmmədovun  90 illik yubileyinə həsr olunmuş konfransla bağlı  görülən işlərdən danışdı. Akademik bildirdi ki, konfransın açılışı noyabrın  21-nə nəzərdə tutulur.