Новости
Фото
"Magistr-2017" müsabiqəsinin qalibləri "Səhər" proqramında
Мая 26, 2017 | 11:50 / Встречи
Прочитано 8247 раз (-а)

Magistr 2017- ci il müsabiqəsinin qalibləri AzTv kanalının “Səhər” verilişinin qonağı olublar. AMEA-nın magistratura şöbəsinin rəisi, texnika fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxış etdi. O öz çıxışında müsabiqə haqqında danışdı. Akademiyanın magistraturasına qəbulun artiq 2 ildir davam etdiyini, müsabiqənin əhəmiyyətlərini və zəruriyyətini vurğuladı. Müsabiqənin həvəsləndirici xarakter daşıdığını bildirdi.  1-ci yerin qalibi 2 kurs tələbəsi Nigar İbrahimova  öz çıxışında Akademiyaya qayği və diqqət üçün öz təşəkkürünü bildirib, gəncləri AMEA-nın magistraturasında təhsil almağa dəvət etdi. AMEA-nın magistrantı olmaqdan qürur duydugunu söylədi.