Новости
Elmi Şuranın iclası keçirilmişdir
Мая 08, 2017 | 11:20 / Конференции, собрания
Прочитано 1872 раз (-а)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir.

Öncə mərhum akademik Rəfiqə Əliyevanın və AMEA-nın müxbir üzvü Nazil Canibəyovun xatirələri bir dəqiqəlik sükutla yad edildi.

İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev acdı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi və  ilk  məsələ kimi Vikipediya ilə əlaqədar institut əməkdaşladının qarşısında duran vəzifələrdən danışaraq bildirdi ki, hər şöbədə viki-qruplar yaradılmalıdır və məqalələr hazırlanaraq vikipediyada yerləşdirilməlidir.

Sonra akademik bildirdi ki, institutun doktorantura və dissertanturasına 2017-2018-ci il üzrə qəbul planına dair laboratoriya rəhbərləri indidən təkliflətrini verməlidirlər.

Daha sonra akademik Dilqəm Tağıyev bildirdi ki, iyun ayında laboratoriyalar üzrə yarımillik hesabat dinləniləcək. Sentyabr ayının sonundan isə 3-illik hesabatların dinlənilməsinə start veriləcək.

Sonda institutun bir əməkdaşına dosent elmi adının verilməsi barəsində səsvermə keçirildi və bu barədə Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olundu.