Новости
ФотоВидео
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda şagirdlər üçün “Açıq qapı” günü keçirildi
Апр 13, 2017 | 11:00 / Встречи
Прочитано 8618 раз (-а)

13 aprel 2017-ci ildə AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda  Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutunun direktoru, akademik Dilqəm Tağıyev  ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını bildirdi, bu istiqamətdə Akademiyada mühüm işlərin görüldüyünü vürğuladı. Akademik qeyd etdi ki, son illər institutda belə tədbirlər davamlı olaraq keçirilir və bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.

Sonra institutun aparıcı elmi işçisi Şamo Tapdıqov  “Cansız  polimerlər canlı orqanizmlərdə”  mövzusunda məruzə ilə çıxış etdi. Alim məruzəsində polimerlərin insan həyatındakı roluna toxunaraq, gündəlik həyatda istifadə etdiyimiz əşyaların tərkibinin bu materiallarla zəngin olduğunu bildirib. Ş.Tapdıqov qeyd etdi ki, son illərdə müxtəlif dərman preparatları  polimer tərkibli daşıyıcılarla insan orqanizminin xəstəlik olan hissəsinə yeridilməsi istiqamətində geniş tədqiqat işləri aparılır. Mövzu şagirdlər tərəfindən maraqla qarşılanıb, onların çoxsaylı sualları cavablandırılıb. Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirildi və qaliblər tərifnamə ilə təltif olundular.

Həmçinin şagirdlərin müxtəlif laboratoriyalara ekskursiyaları təşkil olundu və onlar üçün “Analitik kimya”  laboratoriyasında bir sıra maraqlı təcrübələr əyani olaraq göstərildi.