Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan II kurs magistrantların ilkin müzakirəsi keçirildi
Мая 17, 2023 | 09:42 / Образование
Прочитано 1266 раз (-а)

16.05.2023-cü il tarixində İnstitutun AKT zalında“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz” və “Kompozisiya materialları kimyası” ixtisas­laşmaları üzrə İnstitutda təhsil alan II  kurs  magistrantlar tərəfindən yerinə yetirilmiş  dissertasiya  işlərinin ilkin müzakirəsi “Qeyri-üzvi  funksional materiallar”, “Koordinasiya birləşmələri”, “Nano- və elektro­kataliz” və “Kohorent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları”  şöbələrinin  iştirakı ilə keçirildi.

“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə  

- Bayramova  Flora Şəmsəddin  qızı k.ü.f.d.,dos. Leyla Məşədiyevanın rəhbərliyi  ilə “Argirodit mineralının sintetik analoqları əsasında yeni dəyişən tərkibli fazaların alınması və tədqiqi”, Səfərli Aygün Natiq qızı k.ü.f.d.,dos. Şahnaz Qəhrəmanovanın rəhbərliyi  ilə “Cu (II), Mn (II) metal  duzlarının  müxtəlif donor əsaslı liqandlarla komplekslərinin sintezi və katalitik  xüsusiyyətlərinin  öyrənilməsi”, Quluzadə  Aysel Xaqani  qızı  k.ü.f.d.,dos. Aygün Rüstəmovanın  rəhbərliyi  ilə “Dəmir və manqanın oksid səthlərə çökdürülmüş metal-tsiklopentadien  komplekslərinin termiki  xassələrinin tədqiqi”  mövzuları,

“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə

- Ağamalıyeva  Bəsti Elçin qızı  k.ü.f.d.,dos.Ulduz Məmmədovanın rəhbərliyi  ilə “Koherent-sinxronlaşmış reaksiyalar aspektində kiçik molekullu alkenlərin hidrogen peroksidlə biomimetik monooksidləşməsi”, Kərimli Gülnar Habil qızı k.ü.f.d.,dos. Sevinc Osmanovanın rəhbərliyi  ilə “Fe(Co)-La-Bi-O tərkibli üçlü oksid katalizatorlar üzərinə adsorbsiya olunmuş metanolun izotermik və dinamik rejimlərdə  termodesorbsiyasının  tədqiqi”, Babayev  Elçin Hüseyn oğlu  k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi  ilə “Benzolun  selektiv  hidrogenləşməsi üçün kvaternizə olunmuş poli-4-vinilpiridin və Ni əsaslı nanokataliza-torların yaradılması”  mövzuları, 

“Kompozisiya materialları  kimyası” ixtisaslaşması üzrə

- Quliyeva Lalə Şahin qızı  k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Səthilegirləmə üsulu ilə karbonlu poladlar üzərində  xrom karbitlərinin formalaşdırılmasının tədqiqi”, Museyibli Könül Qənbər  qızı  k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Termodif­fuziya  üsulu ilə  azkarbonlu  poladlar üzərində korroziyaya  davamlı  titan  karbid  örtüklərinin formalaşdırılmasının tədqiqi”, Əliyeva  Elmira Fehruz qızı  k.ü.f.d.,dos. Sevda Fətullayevanın rəhbərliyi ilə “Modifi-kasiya olunmuş xitozan və nikel əsasında polimer sorbentlərin yaradılması” mövzuları üzrə çıxışlar dinlənildi. Sonra onlara bəzi məsləhətlər verildi və sonraki mərhələyə  daha ciddi hazırlaşmaları tövsiyə olundu.