Новости
Uranın 4 böyük peyki daxilində okeanlar mövcud ola bilər
Мая 11, 2023 | 11:22 / Интересная информация
Прочитано 491 раз (-а)

Uran planetinin çoxlu sayda olan peyklərindən 4 ən böyüyü NASA-nın növbəti tədqiqat hədəfi olacaq. Sözügedən peyklərə tədqiqat missiyası artıq 2031-ci ildə reallaşdırıla bilər. Belə ki, aparılmış. yeni analizlərə əsasən Uranın peyklərinin səthlərinin alt hissəsində okeanlar mövcud ola bilər. Günəş sisteminin 7-ci planeti olan Uranın yaxınlığından indiyənə kimi yalnız bir kosmik aparat keçib. Söhbət, Voyager-2-dən gedir. O, Uran barəsində məlumatları hələ keçən əsrin 80-ci illərində Yer kürəsinə göndərmişdi. Həmin vaxtdan mütəxəssislər Uran və onun peykləri üzərində müşahidələri yalnız Yer kürəsindən reallaşdırıblar.

Vaxtı ikən Voyager-2 tərəfindən göndərilmiş məlumatların təkrar analizi və yeni kompüter modelləşdirməsi vasitəsilə NASA mütəxəssisləri belə nəticəyə gəliblər ki, Uranın 4 böyük peyki nüvə ilə buzlu qabıq arasında okean layına sahibdir. Söhbət, ArielAmbrielTitania və Oberon adlı peyklərdən gedir. İlkin analizlərə əsasən adları sadalanmış bu peyklərin səthlərindən 10-larla km dərinlikdə okeanlar mövcuddur. Uran ümumilikdə 27 ədəd peykə sahibdir və onlardan ən böyükləri məhz bu peyklərdir. Heç istisna deyil ki, bu peyklərin daxillərində potensial olaraq yerləşən okeanlar həmçinin həyat növünün dəstəklənməsi üçün də münbit şəraitə sahib olsunlar.