Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Bakı Dövlət Universitetində “Elm və Gənclik” mövzusunda keçirilmiş “Bakı və Region Gəncləri”nin I elmi konfransında məruzə ilə iştirak etmişlər.
Апр 25, 2023 | 10:39 / Конференции, собрания
Прочитано 1512 раз (-а)

9 saylı laboratoriyanın elmi isçisi Aygün İsazadə elmi konfransda “Novel Polymer-Metal Composites For Low-Temperature Oxidation of n-Alkanes” mövzusu üzrə, 1 saylı laboratoriyanın elmi isçisi Günel Əzimova “The effect of microwave exposure on the synthesis of ferrite catalysts for oxidation of carbon monoxide” mövzusu üzrə, ingilis dilində məruzə ilə çıxış etmişlər. G.Əzimova institutda bu istiqamətdə apardığı tədqiqat işləri barədə, o cümlədən mikrodalğalı texnologiya, onun üstünlükləri, mexanizmi haqqında geniş məlumat vermişdir. Gənc alim auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab vermiş və apardığı tədqiqat işlərinin nəticələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.