Новости
Azərbaycan Milli Elmlər Akademiyası “Azerbaijan National H-index Ranking-2023” reytinqində ilk sırada qərarlaşıb
Апр 25, 2023 | 10:14 / Важные события
Прочитано 600 раз (-а)

“National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması - “Azerbaijan National H-index Ranking-2023” açıqlanıb.

Reytinq siyahısı hazırlanarkən 20 mindən çox alim və mütəxəssisin profili, eləcə də 150 minə yaxın elmi nəşr təhlil olunub. “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının milli H-indeksi (National H-index) 97 olmaqla ilk sırada qərarlaşıb. Akademiyanın “Scopus” üzrə H-indeksi 132, “Web of Science” üzrə 126, “Google Scholar” üzrə isə 65-ə bərabər olub.

Siyahıda ilk onluqda AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti və AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu qərarlaşıb.

Sözügedən siyahı ilə buradan (https://az.h-index.com/en) tanış ola bilərsiniz.