Новости
ФотоВидео
Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Respublika Elmi konfransı” keçirilmişdir.
Апр 14, 2023 | 15:09 / Конференции, собрания
Прочитано 1478 раз (-а)

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş Respublika Elmi konfransı keçirilmişdir.

Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  bir qrup müəllim, tələbələri, eləcə də “Evrika” litseyinin  müəllim və şagirdləri iştirak ediblər

Öncə Azərbaycanın dövlət himni səsləndirilmiş, sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film  nümayiş  etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev Ümummilli liderin xalqımızın yaddaşında xilaskar dövlət xadimi kimi qaldığından, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın  nail olduğu yüksək iqtisadi inkişaf,  o cümlədən, yüzlərlə məhsul istehsal edən kimya sənayesinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə ilk illərdən başlayaraq ölkədə neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayırmış, məhz həmin illərdə Sumqayıtda kimya sənayesinin inkişafı, yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənmişdir. Həmin dövrdə sintetik kauçuk zavodunda yüksək təzyiqli polietilen, butil-kauçuk, butil-stirol lateksi qurğuları işə salınmışdı. Məhz yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması Bakı şin zavodunun yerli xammal ilə təchiz olunmasına imkan vermişdir. Əhalinin məişət tələblərini ödəmək üçün tikilən Sumqayıt yuyucu vasitələr zavodu sonrakı illərdə müasir texnologiyalar əsasında yeni sexin işə düşməsi hesabına istehsal gücünü  dəfələrlə  artırmışdır.

Bu gün cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, kimya sənayesinin də inkişafı istiqamətində, bu sahənin daha böyük texniki tərəqqisinə nail olmaq üçün, Ulu Öndərin iqtisadi siyasətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, hazırda müxtəlif markalı və yüksək keyfiyyətli kimyəvi məhsullar - propilen, polietilen, piroliz qətranı, propilen oksid, izopropil spirti, propilen qlikol, poliefirlər, kaustik soda, xlor, sulfat turşusu , metanol, karbamid və s. istehsal olunur.

Sonra İnstitutun laboratoriya müdirləri, AMEA-nın müxbir üzvü Eldar Zeynalov “Nanokarbon birləşmələri, sintez üsulları və aktual tətbiq sahələri”, prof. Nizami Zeynalov “Yaddaş effektinə malik polimer sistemlər innovativ və fundamental tibbdə” və prof. Etibar İsmayılov ”Karbon dioksidin hidrogenləşdirilməsi. Problemin mövcud durumu və perspektivləri. Reaksiya şəraitində katalizatorların quruluş dinamikası”, eyni zamanda BDU-nun professorlarından İbrahim Məmmədov “Biokütlə və bioyanacaqlar” və Namiq Şıxəliyev “Polifunksional dihalogendiazadienlərin sintezi və bəzi çevrilmə reaksiyaları” adlı elmi məruzələrlə çıxış etdilər.

Daha sonra İnstitutun laboratoriya müdiri, prof. Fikrət Sadıqov Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdən, Azərbaycanın iqtisadiyyatının inkişafı yolundakı misilsiz xidmətlərindən, eyni zamanda  kimya sənayesinin inkişafındakı rolundan danışdı.

Sonda akademik Dilqəm Tağıyev konfransda iştirak etdiyi üçün hər kəsə təşəkkürünü bildirdi və konfransın işini yekunlaşdırdı.