Новости
Фото
Kataliz və Qeyri - üzvi Kimya İnstitutunda 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunub
Мар 31, 2023 | 12:06 / Конференции, собрания
Прочитано 1265 раз (-а)

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri üzvi Kimya İnstitutunun Elmi Şurasında 31 mart soyqırımı qurbanlarının xatirəsiyad edilib. Tədbir soyqırım qurbanlarının və bütün şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlar zamanı  minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib və  Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılıb. 1918-ci ilin mart hadisələri öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir. Həmin hadisələrdə ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirmiş, diri-diri yandırmışlar. Mart hadisələri zamanı erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Lənkəranda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə kəndi  yandıraraq yerlə-yeksan etmiş, əhalini yaşadığı yerlərdən didərgin salmışlar.

Akademik qeyd edib ki, müstəqilliyimiz bərpa olunduqdan sonra  Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə Azərbaycan dövləti bütün addımları atmış və Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından əhəmiyyətlidir.

44 günlük Vətən müharibəsindən ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün vəhşiliklərin cavabı verildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri düşməndən şəhidlərimizin  qisasını almışdır.