Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının “Elm günü”nə həsr olunmuş xüsusi iclası keçirilmişdir.
Мар 30, 2023 | 16:06 / Конференции, собрания
Прочитано 1285 раз (-а)

Mart ayının 30-da AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının 27 Mart “Elm günü”nə həsr olunmuş iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru,  akademik Dilqəm Tağıyev bildirdi ki, 27 mart elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. Cəmiyyətin inkişafında, elmi biliklərin faydalı əşyalara çevirməsində, insanların rifahının yaxşılaşmasında təbiətin və ətraf mühitin qorunmasında elmin rolu danılmazdır.

Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd edilir. Elm Günü ilə əlaqədar bir çox elmi müəssisələrdə və təhsil ocaqlarında müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin müxtəlif təbəqələrini elm haqqında biliklərlə sadə, populyar formada tanış etməkdən ibarətdir. Elm ilə cəmiyyət arasında belə körpünün işlək olması alimlərin əməyi haqqında insanlarda düzgün məlumatın formalaşmasına xidmət edir. Akademik Dilqəm Tağıyev bildirib ki, respublikamızın həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, elmin inkifaf etdirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında elm adamlarının xidmətləri böyükdür.

Sonra akademik gələcəkdə görüləcək işlər haqqında danışaraq qeyd etdi ki, ali təhsil müəssisələri ilə əlaqələr genişləndirilməli, birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin hazırlanmasına diqqət yetirilməli, prioritet istiqamətlər üzrə fundamental tədqiqatlarla yanaşı iqtisadiyyatımıza töhvə verəcək tətbiqi işlərə üstünlük verilməlidir.