Новости
Kimyəvi maddələr xərçəngin inkişafına səbəb olur
Мар 30, 2023 | 10:38 / Интересная информация
Прочитано 507 раз (-а)

Samsun Ondokuz May Universiteti (OMÜ) Mühəndislik fakültəsinin müəllimi, prof. Yüksel Ardalı sonsuz kimyəvi maddələrin ətraf mühitdə heç vaxt parçalanmadığını və bədəndə illərlə qala biləcəyini bildirib.

Yüksel Ardalı Perflorlu və Poliflüorlu Alkil Maddələrinin (PFAS) insan sağlamlığına çoxlu zərərli təsirlərinin olduğunu qeyd edib.

O, sonsuz kimyəvi maddələr kimi tanınan PFAS-ın qida qablaşdırması, birdəfəlik nimçələr və soba çantaları, yapışmayan tavalar, yanğınsöndürmə köpüyü, xalçalar, kilimlər, mebel tekstili, pəncərə emalları, avtomobil oturacaqlarında və s. olduğunu deyib.

Bir çox sağlamlıq probleminə səbəb olan sonsuz kimyəvi maddələrin ətraf mühitə və həyata hər sahədə zərər verdiyini söyləyən prof. Yüksel Ardalı bildirib ki, PFAS inanılmaz dərəcədə qalıcıdır, ətraf mühitdə heç vaxt parçalanmır və illərlə bədənimizdə qalır. Nəfəs aldığımız hava, qidalarımızın yetişdiyi torpaq, içdiyimiz su və ətraf mühit vasitəsilə dünyanın istənilən nöqtəsində insanlara və canlı həyata çata bilər.

Araşdırmalara görə, sonsuz kimyəvi maddələr qaraciyər və mədəaltı vəzi xərçənginin, reproduktiv problemlərin, böyrək və testis xərçənginin inkişafına zəmin yaradır.