Новости
Фото
BDU-nun IV kurs tələbələri “Renium ərintilərinin elektrokimyası və elektrokatalizi” laboratoriyasında.
Мар 17, 2023 | 10:39 / Конференции, собрания
Прочитано 1458 раз (-а)

“Renium ərintilərinin elektrokimyası və elektrokatalizi” laboratoriyasınin müdiri k.e.d., professor Elza Salahova tələbələrə laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi və reniumun ikili və üçlü ərintilərinin elektrokimyəvi yolla alınması və alınmış ərintilərin fiziki-kimyəvi xassələrinin öyrənilməsi haqqında geniş məlumat verdi, eyni zamanda bu sahədə olan son illərin ədəbiyyat materialları ilə tanış etdi.

İnstitutun əməkdaşı k.ü.f.d., b.e.i. Kələntərva Pərvanə laborato­riyada ərintilərin elektrokimyəvi yolla alınması mexanizmini tətqiq etmək məqsədilə İVİUMSTAT cihazından istifadə edilməsi haqqında məlumat verdi və eyni zamanda əyani olaraq elektrokimyəvi üsulla renium əsasında üçlü ərintilərin alınması üçün elektroliz aparılması təcrübələrini göstərdi. Laboratoriyanın elmi işçisi İbrahimova Kəmalə renium ərintilərinin alınması üçün laboratoriyada mövcud olan sxem üzrə elektrolizora birləşdirilmiş qurğudan istifadə edilməklə renium xalkogenid əsasında (ReSe, ReS, ReTe) ikili və üçlü (Re-Se-Cu, Re-S-Cu, Re-Te-Cu) ərintilərinin elektrokimyəvi yolla alınması prosesini əyani olaraq tələbələrə göstərdi və izah etdi. Daha sonra laboratoriyanın elmi işçisi Süleymanova Samirə tələbələri renium ərintisinin tərkibini analiz etmək məqsədilə SPECORD 50 PLUS cihazının işləmə qaydası ilə tanış etdi.