Новости
Akademik Dilqəm Tağıyevin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda çapdan çıxıb
Мар 15, 2023 | 11:00 / Публикации
Прочитано 759 раз (-а)

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyevin xarici həmkarlarla birlikdə “Physico-Chemical Study of Synthesized Nanocomposites Based on Organobentonite” məqaləsi “Web of Science” bazasına daxil olan “Theoretical Foundations of Chemical Engineering” jurnalında çap olunub.

Məqalədə nanokompozit doldurucu kimi üzvigillər istifadə edildikdə nanokompozit polimer materialların fiziki-kimyəvi xassələrinin yaxşılaşdığı göstərilir. Onlar polimerlə daha yaxşı birləşərək laylı polimer nanokompozit əmələ gətirirlər. Bu nisbət materialın ümumi kütləsinin təxminən 2-5% -ni təşkil edir. Nanokompozitlərin sintezi və RFA və İQ spektroskopiya metodu ilə aparılan təhlillər polimer nanokompozitin kristal quruluşunun və hidrofobikliyinin yaxşı formalaşdığını göstərir.

Shahab NasseriJalal JahangiriDilgam Tagiyev “Physico-Chemical Study of Synthesized Nanocomposites Based on Organobentonite”. Theoretical Foundations of Chemical Engineering,volume 56, pages1147–1152 (2022)