Фев 20, 2023 | 09:50 / Образование
AzTU-nun 060649 “Ekologiya mühəndisliyi” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrları 16.02.23 – 16.03.23-cü il tarixinə kimi institutun “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi”, “Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi” və “Kimya sənayesinin yan məhsullarının emalı” laboratoriyalarında elmi-tədqiqat təcrübəsi keçəcəklər.
17.02.23 –cü ildə magistrlara t.ü.f.d., dosent Manaf Manafov Neft hasilatı sahəsinin ekoloji monitorinqində birbaşa ölçmə nəticələtinin xətasının təyin edilməsi metodikası, t.ü.f.d.,dosent Qoşqar Əliyev Neft-qaz hasılatı sahəsində dolayısı ölçmələrdə mütləq və nisbi xətaların tapılması üsulları, k.ü.f.d. Qurban Hacıyev Maye karbohidrogenlərin xromatoqrafiq üsulla təyini metodikası haqqında müəyyən məlumatlar verdilər.
Elmi-tədqiqat təcrübəsi növbəti günlərdə də davam edəcək.