Новости
Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir.
Фев 01, 2023 | 15:00 / Конференции, собрания
Прочитано 794 раз (-а)

Fevralın 1-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının 2023-cü ildə ilk iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsi məsələlərinın vacibliyi haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki, tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən azərbaycan dilinin qramatikasına da riayət etməyi məsləhət gördü. Sonra şura üzvləri də çıxış edərək, bu məsələyə öz müsbət münasibətlərini bildirdilər.

İclasda 2391.01 – Ekoloji kimya, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2303.01 – Qeyri-üzvi kimya, 2316.01- Kimyəvi kinetika və kataliz ixtisasları üzrə 4 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən 2 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla Kimya Elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.