Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb
Янв 19, 2023 | 12:00 / Конференции, собрания
Прочитано 1466 раз (-а)

Yanvarın 19-da AR Elm və Təhsil Nazirliyinin  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş nitqiylə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqının iradəsini heç vaxt qırmaq olmaz. Akademik  bildirib ki, artıq biz 3-cü ildir ki, ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları  kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 yanvar şəhidlərinin ruhu indi şaddır.  8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub. Artıq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Azərbaycanın müzəffər Ordusu Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazandı. 44 günlük müharıbədə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra  professor İxtiyar Bəxtiyarlı, aparıcı elmi işçi Sevinc Osmanova, böyük elmi işçilər Vilayət Məmmədov və  Rəna Vəkilova, böyük laborant Aygün Zeynalova və başqaları 20 Yanvar faciəsi  barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə  dərin ehtiramla yad ediləcək.