Новости
Melanomanın bütün bədənə yayılmasının qarşısını alan zülal aşkarlanıb
Янв 11, 2023 | 10:30 / Интересная информация
Прочитано 640 раз (-а)

Alimlər melanomanın bütün bədənə yayılmasının qarşısını alan zülal aşkar ediblər. 

Melanoma, digər insan orqanlarına effektiv metastaz vermək qabiliyyəti ilə xarakterizə olunan ən çox yayılmış dəri xərçəngidir.

Tədqiqat zamanı elm adamları melanoma hüceyrələrini nüvələrindən daha kiçik olan süni membrandakı məsamələrdən keçməyə məcbur ediblər. Tədqiqat üçün iki növ - aqressiv və qeyri-aqressiv hüceyrə seçilib. Melanoma olan bir xəstədə metastaz yerindən aqressiv hüceyrələr, eyni xəstənin orijinal və ya “ilkin” şişindən daha az aqressiv hüceyrələr götürülüb. Təcrübələr göstərib ki, aqressiv hüceyrələr məsamələrdən az aqressiv olanlara nisbətən daha səmərəli hərəkət edərək nüvənin kənarında qabarıqlıqlar əmələ gətirir.

Alimlər ümid edirlər ki, bu məlumat melanomaya qarşı daha effektiv terapiyanın inkişafına imkan verəcək.

Bu barədə “Nature Cell Biology” jurnalında elmi məqalə dərc olunub.