Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kimya üzrə fəlsəfə doktoru Mirheydər Abbasovun "İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi" kitabının IV cildi işıq üzü görüb
Янв 06, 2023 | 12:26 / Публикации
Прочитано 762 раз (-а)

Kitabın bu cildində üzvi birləşmələrin müxtəlif siniflərinin (azobirləşmələr, hidrazinlər,hidrazidlər, kükürdlü üzvi birləşmələr, kumarinlər, izotop əvəzlənmiş birləşmələr, sadə və mürəkkəb efirlər, nitrobirləşmələr, üzvi nitratlar və nitritlər) nümunələri seçilmişdir. Bir neçə cilddən ibarət olacaq bu kitabın IV cildində üzvi birləşmələrin müxtəlif sinfindən olan 316 kimyəvi birləşmələrin infraqırmızı spektrlərinin geniş analizi verilmişdir.

M.H.Abbasov. İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi. Elmi əməkdaşlar, müəllimlər və tələbələr üçün elmi-metodik vəsait. Bakı, “Ləman”, 2023, 516s.