Новости
Фото
AMEA-da İtaliya alimləri ilə birgə seminar keçirilib
Янв 26, 2017 | 12:50 / Конференции, собрания
Прочитано 7807 раз (-а)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında İtaliya İctimai Sağlamlıq İnstitutunun alimlərinin iştirakı ilə “Ətraf mühit sağlamlığı, İtaliya və Azərbaycan təcrübəsi” adlı seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən , akademik Dilqəm Tağıyev bildirdi ki, son vaxtlar AMEA-nın xarici ölkələrin elmi mərkəzləri və institutları ilə əlaqələri genişlənir.Bu baxımdan keçirilən tədbir önəmli əhəmiyyət kəsb edir.Akademik qeyd etdi ki , keçirilən seminar Azərbaycan İtaliya elmi əlaqələrinin daha da, genişləndirilməsinə  təkan verəcək.  Seminarın keçirilməsində məqsəd insan sağlamlığınııın və  ətraf mühitin təhlükəsizliyinin qorunması  sahəsində  Azərbaycan Milli Elmlər Akademiyası  ilə İtaliya İctimai Sağlamlıq İnstitutu arasında elmi əlaqələrin gücləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

Sonra çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Can Paolo Kutillo qeyd etdi ki, Azərbaycan – Italiya əlaqələri 25 ildir ki, qurulub və bütün sahələrdə daim inkişaf edir.Səfir bildirdi ki, hər iki ölkənin elmi mərkəzləri arasında əlaqələrin  müxtəlif istiqamətlərdə , o cümlədən ekologiya və insan sağlamlığı sahəsində   inkişaf etdirilməsi böyük önəm daşıyır.

Tədbirdə İtaliya İctimai Sağlamlıq İnstitutunun professoru Pietro Kombanın “Çirklənmiş sahələrdə epidemioloji nəzarət: İtaliya təcrübəsi”, doctor Daniela Marsilinin “Ətraf mühit sağlamlığı üzrə beynəlxalq elmi əməkdaşlıq : məqsədlər, prosedurlar və tematik araşdırmalar”, doctor Laura Açenenin “Daxili su obyektlərinin gigiyenasının özəllikləri və tədqiqat fəaliyyəti.İtaliyada su təhküsəzliyi planının həyata keçirilməsi”, doctor Luici Turrio Baldassarrinin “Çirklənmənin monotorinqindən insana təsirinin qiymətləndirilməsi və qarşısının alınması siyasətində İtaliya təcrübəsi” mövzularında məruzələri dinlənilib.

Daha sonra seminar Azərbaycanlı alimlərin çıxışları ilə davam edib.