Новости
Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi çərçivəsində forum keçiriləcək
Окт 25, 2022 | 10:05 / Важные события
Прочитано 860 раз (-а)

26-27 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Texniki Universitetində Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində forum keçiriləcək.

Forumda koreyalı və yerli mütəxəssislərin təqdimatında “Texnologiyanın transferi və elmin kommersiyalaşdırılması” sahəsində təlimlər və müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, tədbirdə layihə çərçivəsində hazırlanmış Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platformasının (https://www.ttcp.az/) təqdimatı baş tutacaq.

Forumun sonunda iştirakçılara STEPI tərəfindən sertifikatlar təqdim ediləcək.