Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri II Şəhidlər xiyabanını ziyarət ediblər
Сен 23, 2022 | 15:15 / Важные события
Прочитано 1724 раз (-а)

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimləri 27 Sentyabr - Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət ediblər. 

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.