Новости
Фото
II kurs magistrantların attestasiyası keçirildi.
Сен 20, 2022 | 14:57 / Конференции, собрания
Прочитано 1824 раз (-а)

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya institutunda 08.09.2022-ci il tarixli 246 №li əmrlə 20 sentyabr 2022-ci il tarixində yaradılmış attestasiya komissiyasının iştirakı ilə “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”  və “Kompozisiya material­ları kimyası” ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistrant­ların attestasiyası keçirildi.

Attestasiya komissiyası 3 ixtisaslaşma üzrə 9 magistrantın fərdi iş planlarını yoxlayıb, yay imtahan sessiyasında topladıqları ballarla tanış olaraq, II-ci semestri müvəffəqiyyətlə bitirdiklərini, onların çıxışlarını,verilən suallara cavablarını və elmi rəhbərlərini dinləyib, dərc olunmuş elmi əsərləri haqqında məlumatlarla tanış oldu.

Komissiya İnstitutda  təhsil  alan II kurs magistrantların apardıqları elmi-tədqiqat işlərinin plan üzrə yerinə yetirdiklərini nəzərə alaraq, görülən işləri qənaətbəxş hesab etdi.