
Сен 15, 2022 | 09:38 / Публикации
Monoqrafiyada dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının xromkütləspektrometrik təhlili nəticəsində alınmış məlumatlar verilmişdir. Dizel yanacağının komponent tərkibinə dair məlumatlar əvvəl nəşr olunmuş preprintdə ətraflı verilmişdir. Təqdim edilən əsərdə isə dizel yanacağının aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının tərkibi haqqında məlumat verilir.
Əldə edilmiş göstəricilər mövsümi yanacağın optimal tərkibinin seçilməsində, eləcə də dizel yanacağı və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarından qiymətli neft- kimya məhsullarının alınması istiqamətində işləyən tədqiqatçılar və mütəxəssislər üçün yararlı ola bilər.
Eldar Zeynalov, Dilqəm Tağıyev, Yaqub Nağıyev, Elçin Hüseynov, Fətulla Nəzərov, Əsgər Hüseynov. "Dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının maddə tərkibi".- Monoqrafiya .- Bakı: “Füyuzat” nəşriyyatı. 2022.- 208 səh.