Новости
Havadan "su çıxardılar"
Окт 11, 2021 | 11:00 /
Прочитано 149 раз (-а)

Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda yerləşən "Tsunami Products" şirkəti havadakı nəmi parçalayan və suya çevirən cihaz istehsal edib.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, kondisioner kimi işləyən cihazın havanı sərinlətmək üçün rulonlarından istifadə olunub və nəticədə bir kamerada su damlaları toplanıb.

Şirkətin dizayn mühəndisi Ted Bovman bildirib ki, onların şüarı "havadan gələn su sehr deyil, elmdir" cümləsidir:

"Əslində, bu, maşınlarla etdiyimiz şeydir. Evlər, ofislər və fermalarda istifadə üçün hazırlanan maşınlar havanı nəmləndirir və içməli su yaradır". 

Texnologiyanın dumanlı bölgələrdə xüsusilə yaxşı işlədiyini ifadə edən Bovman cihazın ölçüsündən asılı olaraq gündə 900-8600 litr arasında su istehsal edə biləcəyini söyləyib. Mühəndisin fikrincə, maşınlar yüksək rütubətə malik istənilən ərazidə səmərəli işləyir.

Havadakı rütubəti suya çevirən aparatın qiyməti 30-200 min dollar arasında dəyişir. Artıq susuzluqdan əziyyət çəkən Kaliforniya sakinləri içməli suya tələbatlarını ödəmək üçün cihaza elçi düşüblər.